Katoliklərin lideri İraq səfərindən qayıdarkən hava sahəsindən istifadə etdiyi ölkələrin rəhbərlərinə teleqramlar göndərib.
Teleqraf.com xəbər verir ki, İraqı tərk etdikdən sonra Türkiyənin hava məkanından istifadə edərək Romaya çatan Papa Fransisk Prezident Rəcəb Tayyib Ərdoğana teleqram göndərib.
“Papa olaraq İraq səfərimdən Romaya qayıdarkən, Türkiyənin hava məkanına girdiyim bu vaxtda sizə ən xoş arzularımı çatdırıram. Uca Tanrıdan sizə və türk xalqına xeyir-dua verirəm”.