İşğal edilmiş Donetsk və Luqansk bölgələrindəki separatçı qüvvələr Ukrayna Silahlı Qüvvələrinin bölmələrini atəşə tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən məlumat verilib.
Ukrayna Silahlı Qüvvələri separatçıların təmas xəttindəki mövqelərini kütləvi atəşə tutmaqda ittiham edib.
Beləliklə, son bir sutkada separatçılar tərəfindən atəşkəsin pozulması ilə bağlı 21 hadisə qeydə alınıb. Qarşı tərəfə cavab atəşi ilə susdurulub.
Separatçıların Ukrayna Silahlı Qüvvələrinin mövqelərini 120 mm-lik minaatan, qumbaraatan və ağır pulemyotlardan atəşə tutduğu deyilib.
Ukrayna hərbçiləri və mülki şəxslər arasında itki qeydə alınmayıb. Separatçıların arasında itkilərin olduğu barədə məlumat yoxdur.
Qeyd edək ki, Rusiya və Ukrayna arasındakı münasibətlər Krım və Donbasın 2014-cü ildə işğal edilməsindən sonra pisləşib. Həmin il rus separatçıları tərəfindən işğal edilən Donetsk və Luqansk bölgələri “müstəqilliyini” elan edib. Krım isə Rusiyaya “ilhaq” olunub.
Ukrayna Rusiyanı silahlı təcavüz, Krım və Donbas bölgələrini işğal etməkdə günahlandırır.
ABŞ və Avropa Birliyi həmin ildən bəri bu səbəbdən Rusiyaya altı aydan bir yenilənən sanksiyalar tətbiq edir.