11 Mart 2021 21:43
2 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı mövcud vəziyyət qanlı ssenarilin işə düşməsinə yol aça bilər, buna imkan verməməliyik”.

Teleqraf.com xəbər verir ki, Ermənistanın “Milli Gündəm” partiyasının rəsmisi Ara Akopyan deyib.

Akopyana görə, Ermənistandakı mövcud vəziyyət dövlətçiliyi günbəgün məhvə aparır, bu davamlı olarsa, nəticələri ağır ola bilər:

“Ermənistan dövlətçiliyini gündən-günə itirir, ölkədə bunun qarşısını ala biləcək hakimiyyət yoxdur. Müxalifətin baş verən proseslərə münasibətinə gəldikdə, hələlik həqiqi milli azadlıq mübarizəsi təşkil etmək hələ mümkün olmayıb. Hər halda, vətəndaşlar təslim olmamalıdır. Qanlı ssenariyə alternativ erkən seçkilərdir, bu, ancaq Ermənistan Baş naziri Nikol Paşinyan istefasından sonra baş verə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər