Pakistan Baş naziri İmran Xanın koronavirus testi müsbət çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan səhiyyə nazirinin müşaviri Feysəl Sultan məlumat verib.
Nazirlik rəsmisi İmran Xanın COVID-19 testinin müsbət çıxdığını, evində karantinə alındığını bildirib.
Xan martın 18-də “Sinopharm” firmasının COVID-19 peyvəndini vurdurmuşdu.