22 Mart 2021 23:11
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş adamı Yevgeni Priqojin ABŞ vətəndaşları tərəfindən qaçırılmağa cəhd iddiası ilə Rusiya İstintaq Komitəsinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə iş adamına məxsus “Konkord” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Yevgeni Viktoroviç Priqojin ABŞ vətəndaşları ibarət mütəşəkkil cinayətkar qrup tərəfindən qaçırılmağa cəhdlə əlaqədar Rusiya İstintaq Komitəsinə müraciət edib”, - açıqlamada qeyd edilib.

Qeyd edək ki, “Putinin aşpazı” adıyla tanınan Priqojin “Vaqner” silahlı qruplaşmasının lideridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər