ABŞ Konqresinin Senatı Martin Uolşu ölkənin əmək naziri vəzifəsinə təsdiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə qanunverici orqanın yuxarı palatasının mətbuat xidməti məlumat verib.
Bildirilir ki, M.Uolşun lehinə 69, aleyhinə isə 29 səs verilib. 2014-cü ildən Boston (Massaçusets ştatı) meri vəzifəsində çalışan yeni əmək nazirinin yaxın zamanda andiçmə mərasimi keçiriləcək.