Türkiyə sərhədlərində Suriya rejimini, PKK və İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmalarını görmək istəmir.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş naziri Əhməd Davudoğlu məlumat verib. Onun sözlərinə görə, Türkiyə Kobaniyə edilən yardıma qarşı yeni strategiya qəbul etməyəcək.
Türkiyənin Suriyada öz prioritetləri olduğunu vurğulayan Davudoğlu Kobani probleminin yaranma səbəblərinə də diqqət çəkib:
“Kobani məsələsinin Suriyadakı geniş böhranın nəticəsi olaraq ortaya çıxdığını unutmamalıyıq. Türkiyə İŞİD-ə qarşı mübarizəyə böyük əhəmiyyət verir. Ancaq biz unutmamalıyıq ki, Kobani məsələsi bir neçə ay əvvəl başlayıb. Suriyadakı müharibə isə 3 ildən çoxdur ki, davam edir. Bu müharibədə 300 min adam öldürülüb. Dörd milyon insan başqa ölkələrə getməyə məcbur olub. Bu səbəbdən Kobani məsələsi tək deyil. İŞİD-i məhv etsək də, Suriyada müharibə başa çatmayacaq”.
Samir