ABŞ Prezidenti Co Bayden trans həkim Racel Levini səhiyyə nazirinin müavini təyin edib.
Teleqraf.com xəbər verir ki, namizədliyi Senat tərəfindən təsdiqlənən Levin Bayden kabinetində ilk transseksual nazir müavini olaraq tarixə düşüb.
Respublikaçıların kəskin müqavimətinə baxmayaraq, Levinin namizədliyi 48-i lehinə olmaqla 52 səslə təsdiqlənib.
Pensilvaniya Universitetində pediatr və psixiatriya professoru olan Levin 2016-cı ildə “Washington Post”a verdiyi açıqlamada deyib: "Bəzi istisnalar xaricində transseksual olmağım problem deyil”.
Qeyd edək ki, Prezident Co Baydenin "ABŞ-ın ən rəngarəng və fərqli kabineti" iddiası ilə qurduğu kabinetdə bir çox "ilk"lər yer alıb: ilk qadın maliyyə naziri, ilk latın əsilli Milli Təhlükəsizlik naziri, homoseksuallığını ictimaiyyətə açıqlayan ilk nəqliyyat naziri, ilk "qızıl dərili" daxili İşlər naziri, indi isə səhiyyə nazirinin müavinini təyin etdiyi ilk trans.