Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Metina bölgəsində keçirdiyi xüsusi əməliyyatla “Karker Kürəcik” kod adlı Hüseyn İnalı zərərsizləşdirib.
Teleqraf.com xatırladır ki, İnal Yunanıstandakı Lavrion düşərgəsində təlim keçib.
Təlimlərini başa vurduqdan sonra PKK cəbhəsinə qatılmaq üçün 2018-ci ildə İraqın şimalına keçib. Üç ilə yaxındır ki, PKK düşərgələrində fəaliyyət göstərən İnal Türkiyədə terror fəaliyyəti həyata keçirmək məqsədilə Metinadakı toplantıya qatılıbmış. Amma MİT-in keçirdiyi əməliyyatla bu terrorçu məhv edilib.