Ukrayna 14 rusiyalı artisti “qara siyahı”ya daxil edib.
Teleqraf.com-un məlumatına görə, onlar Ukrayna əleyhinə mövqe nümayiş etdirdiyinə görə “persona non-qrata” elan ediliblər.
Ukraynanın mədəniyyət naziri Evgeniy Nişuk siyahının beynəlxalq normalara uyğun olaraq açıqlanmayacağını bildirib. Onun sözlərinə görə, siyahıya daxil edilən şəxslər statusları barədə sərhədi keçməyə cəhd etdikdə məlumatlandırılacaqlar.
“BBC”-nin məlumatına görə, “qara siyahı”ya, həmçinin, müğənni İosif Kobzon, aktyor İvan Oxlobıstin və satirik Mixail Zadornov daxil edilib.