20 Aprel 2021 13:38
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa və Yunanıstanın Ankaradakı səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilib və onlara nota təqdim olunub.

Teleqraf.com xəbər verir ki, ötən həftə Yunanıstan Xarici İşlər naziri Nikos Dendias Ankarada görüşlər keçirdiyi sırada Yunanıstan Dəniz Donanmasına aid “Elli” adlı gəmi və onu müşahidə edən Fransanın “L Atlanta” elmi araşdırma gəmisi Şərqi Aralıq dənizində Türkiyənin qitə sularını pozublar.

Məlumata görə, Ankara hadisənin səhəri günü buna sərt diplomatik reaksiya verib.

Ötən həftənin cümə günü Xarici İşlər Nazirliyinə dəvət olunan Yunanıstan və Fransa səfirlərinə bir daha belə hadisənin olmaması üçün sərt xəbərdarlıq edilib. Həmçinin hər iki ölkəyə nota verilib.


Müəllif: Cavad

Oxşar xəbərlər