23 Aprel 2021 12:29
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya başçısı Vladimir Putinin Moskvada ikitərəfli münasibətləri müzakirə etmək üçün etdiyi dəvətə mütləq cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna liderinin mətbuat katibi Yuliya Mendel deyib.

“Dövlət başçısı buna mütləq münasibət bildirəcək”, - Mendel qeyd edib.

Zelenski aprelin 20-də Putini işğal edilmiş Donbas bölgəsində görüşə dəvət edib. Putin buna cavab olaraq, Zelenskinin əvvəlcə Donetsk və Luqanskdakı separatçı rejimlərin başçıları ilə danışıqlar aparmalı olduğunu söyləyib. Qeyd edib ki, bundan sonra Zelenski ilə Moskvada görüşə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər