28 Aprel 2021 13:17
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna sərhədlərindən və qanunsuz ilhaq etdiyi Krımda cəmləşdirdiyi ordunu geri çəkməsindən məmnuniyyət duyduqlarını və vəziyyəti yaxından izləməkdə davam edəcəklərini bəyan edib.

Teleqraf.com xəbər verir ki, Slovakiya Baş naziri Eduard Hegerlə NATO qərargahında görüşən Stoltenberq keçirdikləri mətbuat konfransında Rusiyanın davranışlarından danışıb.

Baş katib deyib ki, Rusiyanın keçən həftə Ukrayna sərhədləri və qanunsuz ilhaq etdiyi Krım yarımadasına cəmləşdirdiyi ordunu geri çəkməsindən sonra gərginliyin azaldığını gözləmirlər və Moskvanın bu addımını müsbət qarşılayırlar.

“İndi hadisələri və vəziyyəti yaxından izləyəcəyik. Rusiyanın Ukrayna içində və ətrafında bütün hərbi cəmləşməni dayandırmasını və xoş niyyətlə siyasi mərhələyə daxil olmasını göləyirik”, - baş katib bildirib.

NATO-nun Ukraynada olan dəstəyini ifadə edən Stoltenberq ittifaqın Ukraynaya praktiki təlim dəstəyi verdiyini, islahatlar keçirməsinə köməklik etdiyini də qeyd edib.

Baş katib Rusiyanın son illər sərgilədiyi davranışın formasından narahatlıq keçirdiklərini bildirərək NATO-nun sadəcə Ukrayna deyil, son diplomatik böhranda Çexiyanın da yanında olduğuna vurğu edib.

Xatırladaq ki, Rusiya aprelin 6-da ordusunun müharibə hazırlığı ilə əlaqədar olaraq təlimlərə start vermişdi. Müxtəlif istiqamətlərdə təlimlər keçirib, eyni zamanda Ukrayna ilə sərhədə və Krıma 10 minlərlə hərbçi toplayıb.

Rusiya Müdafiə naziri Sergey Şoyqu aprelin 22-də ölkənin cənub və qərb hərbi dairəsinin birliklərinin təlimlərinin başa çatdığını elan edərək ordunun hərbi hissələrinə qaytarılacağını elan edib.

Ancaq hadisələr göstərir ki, bununla da vəziyyət sabitləşmir. Dünən Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı ABŞ və NATO-nu müharibə hazırlığında ittiham edib.

NATO-nun Avropadakı birliklərini müharibəyə hazırladığını iddia edən Şoyqu qeyd edib ki, qarşı tərəf hərbi quruluşunu möhkəmləndirərək əməliyyat və döyüş hazırlığını artırır. General bəyan edib ki, Rusiyanın Qərb və Cənub hərbi dairəsinin hissəsləinin təlimləri müharibəyə hazır olduqlarını göstərib.


Müəllif: Nemət

Oxşar xəbərlər