Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu may ayında Mokvaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfərdə Mövlud Çavuşoğlu ilə birlikdə Səhiyyə naziri Fəxrəddin Koca da iştirak edəcək.
“Səhiyyə nazirimiz Fəxrəddin Koca ilə Rusiyaya səfər planımız var. Səfərimizin Ramazan ayı sonrası - mayda baş tutacağı mümkün görünür. Koronavirusa bağlı müzakirələrimiz olacaq", - Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, Rusiya tərəfi ilə müzakirə edəcəyi mövzulardan biri də rus turistlərin Türkiyəyə səfərlərinin təşkili ilə bağlı olacaq.