“ABŞ Prezidenti Co Baydenin 24 aprel “erməni soyqırımı” açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır”.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyindən “Anadolu” agentliyinə bildirilib.
“Prezidentin son açıqlaması ABŞ məhkəmələrinin mülki mühakiməsi qarşısındakı Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımırdı, bu vəziyyət Xarici Dövlət Toxunulmazlığı Qanunu ilə tənzimlənməkdədir”, - ABŞ XİN-dən qeyd edilib.