31 Oktyabr 2014 15:06
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdad şəhərində kürd döyüşçülərinin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı əməliyyatları davam edir.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, yayılan xəbərlədə hökumət qüvvələrinin hücumları nəticəsində Mikdadiyə, Çomani və Sudur kimi bölgələrin azad edildiyi qeyd olunur. Əməliyyatlar zamanı İŞİD-in 25 döyüşçüsü öldürülüb.

İraq Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, könüllü döyüşçülərin keçirdiyi əməliyyatlara İraq ordusu havadan dəstək verib. Həmçinin hücumlar nəticəsində İŞİD-ə məxsus 7 avtomobil və zirehli texnika da məhv edilib.

Bundan başqa Diyalə əlayətində gedən döyüşlər zamanı İŞİD-in 14 snayperi də öldürülüb.

Samir


Müəllif:

Oxşar xəbərlər