Dünyada COVID-19-a yoluxma hallarının sayı 160 milyonu ötüb.
Teleqraf.com xəbər verir ki, mayın 11-də təhlükəli infeksiyaya yoluxma hallarının sayı 160 21 129 təşkil edib.
Koronavirusa ən çox yoluxma sayı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 33 519 020 yoluxma aşkarlanıb.
Siyahıda sonrakı yerdə Hindistan (23 288 260 yoluxma), Braziliya (15 214 030), Fransa (5 780 379) qərarlaşıb. Türkiyədə koronavirusa 5 044 936, Rusiyada 4 896 842, Böyük Britaniyada 4 437 217, İtaliyada 4 116 287, İspaniyada 3 581 392, Almaniyada 3 538 927, Argentinada 3 165 121, Kolumbiyada 3 015 301, Polşada 2 838 180, İranda 2 691 352, Meksikada 2 366 496, Ukraynada 2 124 535, Peruda 1 853 370, İndoneziyada 1 723 596, Çexiyada 1 646 981, Cənubi Afrikada 1 597 724, Niderlandda 1 571 398, Kanadada 1 296 262 yoluxma aşkarlanıb.
Dünyada COVID-19-dan ümumilikdə 3 323 714 insan ölüb. Bununla yanaşı, 137 713 834 nəfər təhlükəli infeksiyadan sağalıb.
Hazırda 18 983 581 pasiyentin müalicəsi davam edir.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.