Gürcüstanda koronavirusla bağlı son durum açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, ölkədə son 24 saat ərzində 776 nəfərin koronavirusa yoluxub. 1 329 nəfər müalicə olunaraq sağalıb. Bu günədək ölkədə 326 441 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb, 306 264 sağalıb.
Ötən sutka ərzində 16, ümumilikdə isə 4 379 nəfər xəstəlikdən vəfat edib.