Gürcüstanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenidən artıb.
Son sutka ərzində Gürcüstanda daha 1576 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı, 329 min 407-yə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.
Bildirilib ki, COVID-19 virusundan daha 29 nəfər ölüb və bununla da koronavirusdan ölənlərin ümumi sayı 4426-ya çatıb.
Koronavirusa yoluxanların 868-i paytaxt Tbilisidə qeydə alınıb.
Hazırda Tbilisidə 17037 aktiv koronavirus xəstəsi var. Ölkə üzrə 26 min 274 nəfər özünütəcrid rejimində, 729 nəfər klinik otellərdə, 60 nəfər karantindədir.