17 May 2021 19:13
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor və rejissor Ahmet Mümtaz Taylan “Leyla ve Məcnun” serialının çəkilişlərinin yaxınlarda başlayacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin “TRT 1” kanalında yayımlanan serialın yenidən ekranlara qayıdacağı dəqiqləşib.

Ahmet Mümtaz Taylan yaxın günlərdə çəkilişlərin start götürəcəyini deyib: “Bu, artıq şayiə deyil. İki saat əvvəl Onur Ünlü ilə danışdım, çəkiliş tarixini mənə bildirdi”.

Taylan rejissoru Onur Ünlü və ssenari müəllifi Burak Aksakın olduğu “Leyla və Məcnun” serialının eyni heyətlə ekranlara qayıdacağını diqqətə çatdırıb: “Eyni komanda bir araya gəlməsəydi, bu, baş tutmayacaqdı. Komanda bir yerə yığıldığı üçün bu işi görürük”.

“Leyla və Məcnun” “TRT 1”-də 3 mövsüm yayımlandıqdan sonra çəkişiləri dayandırılan absurd komediya janrında bir serial idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər