Şimali Makedoniya hökuməti Rusiyanın bir diplomatını ölkədən çıxaracaq.
Teleqraf.com xəbər verir ki, bunu “Novosti” agentliyi məlumat yayıb.
Hadisənin təfərrüatları haqda məlumat verilməyib.
Aprelin sonlarında Çexiya Avropa ölkələrini rus diplomatlarını qovmağa çağırıb. Bu çağırışdan sonra Slovakiya, Latviya, Litva və Estoniya rusiyalı diplomatları ölkədən qovub.
Moskva və Praqa münasibətlərindəki kəskinləşmə Rusiyanın 2014-cü ildə Vrbetitsadakı silah anbarını partlatmaqda günahlandırılmasından sonra başlayıb. Moskva bunu inkar edir.