Sosial şəbəkədə Çeçenistan lideri Ramzan Kadırovu təhqir edən gəncin atası üzr istəyib.
Teleqraf.com xəbər verir ki, bir gənc sosial şəbəkədə canlı yayıma çıxan Kadırovu “şeytan” adlandırıb.
Həmin şəxsin yeri dərhal müəyyən olunub. Onun Moskvada Çexov rayonunda yaşayan n Əhməd Volkayev olduğu üzə çıxıb.
15 yaşlı Əhmədin atası Çeçenistanın başçısı Ramzan Kadırovdan onun haqqında təhqiramiz ifadələrə yer verən 15 yaşlı oğlunun adından üzr istəyib.
Bundan əvvəl Kadırov növbəti videosunda oğlanın sözlərindən sitat gətirərək deyib: “Sən kişi deyilsən, sadəcə şeytansan. Mənə məlumatlarınız göndərilib, görək şeytan kimdir”.
Bundan sonra axtarış bir gündən az çəkib. Nəticədə Əhmədin atası oğluna görə üzr istədiyi bir video çəkib:
“Gələcəkdə oğlumuzun tərbiyəsi ilə evimiz - Qafqaza uyğun olaraq ciddi şəkildə məşğul olacağımıza zəmanət verirəm. Bundan çox utanıram və bunun necə baş verdiyini anlamıram”.
15 yaşlı uşaq üçün digər qohumları da Kadırovdan üzr istəyib.