Malidə hərbi qulluqçular ölkənin müvəqqəti prezidentini və baş nazirini həbs ediblər.
Teleqraf.com xəbər verir ki, həbs olunanlar paytaxt Bamako yaxınlığındakı ordu bazasına aparılıblar. Ölkədə yeni hökumət formalaşdırılıb.
"Malidə hərbi qulluqçular ölkənin müvəqqəti prezidenti və baş nazirini həbs etdilər və onları paytaxt yaxınlığındakı Kati hərbi bazasına apardılar. Prezident qvardiyası dövlət başçısını qorumaqdan imtina edərək, hərbçilərə onu aparmağa icazə verdi. Müvəqqəti prezident Pa Ndaunun və baş nazir Moktaru Uanunun hərbi qulluqçular tərəfindən həbs olunmasından 1 saat sonra Malinin loyal vitse-prezidenti, polkovnik Assimi Qota ölkədə ikinci keçid hökumətinin formalaşdırıldığını elan etdi", - mənbə agentliyə bildirib.