Rusiyanın mərhum prezidenti Boris Yeltsinin keçmiş kürəkəni Aleksey Dyaçenko ölkənin hazırkı başçısı Vladimir Putinin hakimiyyətə gəlməsinin səbəblərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə öz bloqunda yazıb.
Dyaçenkoya görə, Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov Yeltsinin varisi ola bilərdi, amma bir neçə səbəb ona mane olub.
“Birincisi, tənqidlərə dözümsüzlük göstərirdi. İkincisi, Primakov öz xəttini sərt üsullarla davam etdirmək istəyirdi”, - Yeltsinin keçmiş kürəkəni bildirib.
Dyaçenko Primakovun ölkə prezidenti olmamasının üçüncü səbəbinin onun siyasi davranışları ilə əlaqədar olduğunu deyib.
“Yeltsin varisini keçmiş səhvlərinin, öhdəliklərinin və şikayətlərinin yükünü daşıyan gənc kimi gördü. Təmiz bir dosye ilə işinə başlayan birinin hakimiyyət başına gəlməsini istədi. Yeltsin belə bir təmizliyi çox sevirdi”, - Dyaçenko əlavə edib.