2 İyun 2021 12:08
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Hark” adlı donanmanın ən böyük gəmilərindən birinin Oman dənizində batdığı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, hərbi gəminin Hörmüzgan sahillərində yandığı bildirilib.

Təxminən 20 saat davam edən xilasetmə işlərinə baxmayaraq, hərbi gəmi tamamilə batıb.

İran ordusundan verilən açıqlamada gəminin bütün ekipaj üzvlərinin xilas edildiyi deyilsə də, amma yanğının hansı səbəbdən baş verdiyi bildirilməyib.

“Hark”ın 40 ildir İran donanmasının xidmətində olduğu və ən böyük tonajlı gəmi olduğu qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər