4 İyun 2021 14:31
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa mayın 24-də hərbi çevrilişin baş verdiyi Mali ilə birgə hərbi əməliyyatları dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada Malidəki hərbi çevrilişdən sonra Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) və Afrika Birliyi (AfB) bu ölkədəki siyasi keçidin çərçivəsini aydınlaşdırmaq üçün şərtləri və qırmızı xətləri müəyyən etməyə çalışdıqları bildirilib.

Açıqlamada Fransa rəhbərliyinin keçid dönəmində müvəqqəti olaraq Mali ordusu ilə birgə hərbi əməliyyatları və məsləhətləşmələri dayandırmağa qərar verdiyi deyilib.

Ötən il avqustun 18-də baş verən dövlət çevrilişinin də arxasında dayanan və prezidentin müavini vəzifəsini icra edən polkovnik Assimi Qoyta mayın 24-də yeni kabinet dəyişikliyinin prosedurlara uyğun olmadığını elan edib. Prezident Ba Ndau və Baş nazir Moktar Uan da daxil olmaqla, bir sıra yüksək vəzifəli şəxslərin həbsinə əmr verib. Daha sonra özünü prezident elan edib.

ECOWAS və Afrika Birliyi son 9 ayda iki dəfə çevrilişin baş verdiyi Malinin üzvlüyünü dayandırdıqlarını açıqlayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər