NATO Baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Co Baydenlə görüşüb.
Teleqraf.com xəbər verir ki, alyans rəhbəri Baydenlə görüşdə Rusiya məsələsini müzakirə etdiyini söyləyib.
Stoltenberq Baydenlə Rusiyaya qarşı həm sanksiya, həm də dialoq məqsədi daşıyan ikili yanaşma barədə razılığa gəldiyini bildirib.
O, Rusiya-NATO Şurası iclasının yaxın gələcəkdə keçirilib-keçirilməyəcəyinin məlum olmadığını diqqətə çatdırıb.