15 İyun 2021 20:14
1 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-ya Ukraynaya ittifaqa üzvlük haqqını ödəməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, o, Ukrayna Prezidenti Vladimir Zelenskinin NATO-ya üzv olmaq hüququ ilə bağlı açıqlamasına belə münasibət bildirib.

“Daha çox pul ödəmək lazımdır. Yox?", - Zaxarova qeyd edib.

Zelenski bundan əvvəl bildirib ki, Kiyev NATO-dan üzvlük üçün uyğun dəvət almalıdır.

Zelenski iyulun sonunda amerikalı həmkarı Co Baydenlə görüşündə Ukraynanın NATO-ya üzvlüyünü müzakirə edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər