Finlandiya əhalisində qocaların üstünlük təşkil etməsi səbəbilə xeyli sayda xarici işçi lazım olduğunu elan edib.
Teleqraf.com xəbər verir ki, BMT-nin statistikasına görə, Finlandiya Yaponiyadan sonra yaşlı vətəndaşların üstünlük təşkil etdiyi ikinci ölkə seçilib. Əgər indi qocaların sayı 39,2 faiz təşkil edirsə, 2030-cu ildə bu rəqəmin 47,5 faizə yüksələcəyi gözlənilir.
Ölkə rəhbərliyi iş əmsalının artırılması üçün xaricdən gənclərin işə cəlb olunması üçün çağırış edib.
Finlandiya rəsmiləri hesab edir ki, ölkədə gənclər və qocalar arasındakı fərqi aradan qaldırmaq üçün illik köçkün sayını iki qat artırmaq lazımdır.