Fici sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un məlumatına görə, yeraltı təkanların episentri Suva şəhərindən 470,1 kilometr şimal-qərbdə, ocağı isə 605,6 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmiyib. Sunami təhlükəsi yoxdur.