Pentaqon Suriyada ABŞ-ın hərbi bazasının raket atəşinə tutulması məlumatını təkzib edib.
Teleqraf.com-un məlumatına görə, bu barəfə ABŞ-ın başçılıq etdiyi beynəlxalq antiterror koalisiyanın nümayəndəsi, polkovnik Ueyn Marotto bildirib.
“ABŞ-ın Suriyadakı qüvvələrinin raket hücumuna məruz qaldıqları barədə məlumatlar həqiqətə uyğun deyil” - Marotto "Twitter" səhifəsində yazıb.
Daha əvvəl Al Arabiya telekanalı Suriyanın şimal-şərqində Deyr əz-Zor əyalətindəki “Əl Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasının raket atəşinə tutulması və baza ərazisinə ən azı iki raketin düşdüyü barədə xəbər yayıb.