Kolumbiyada tüğyan edən güclü leysan yağışlar azı 14 nəfərin həyatına son qoyub, təbii fəlakət nəticəsində 16 min sakinin əmlakına ziyan dəyib.
Teleqraf.com-un "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, Antiokiya departamentində daşqın nəticəsində şaxtada baş vermiş uçqun nəticəsində 12 mədənçi həlak olub, daha 2 nəfəri isə sel aparıb. Onların meyiti paytaxt Boqotanın yaxınlığında aşkarlanıb.
Antiokiya Kolumbiyanın təbii fəlakətdən ən çox zərər çəkmiş departamentlərdən biridir. Ümumilikdə isə, 125 yaşayış məntəqəsində leysan yağışlarla bağlı xəbərdarlıq elan edilib. Meteoroloqlar noyabrın sonunadək yağışların yağacağını proqnozlaşdırır.