6 İyul 2021 19:01
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada 8 milyon avro ilə yoxa çıxan Türkiyə əsilli Yasəmən Gündoğanı tapmaq üçün xüsusi qrup təşkil edilib.

Teleqraf.com xəbər verir ki, Yasəmən Gündoğan işlədiyi pul paylama şirkətindən 8 milyon avronu götürərək yoxa çıxıb.

İlkin məlumata görə, Gündoğana yardım edən bir nəfər həsb edilib.

“Bild” qəzeti Gündoğanı həbs etmək üçün xüsusi qrup yaradıldığını bəyan edib. İddiya görə, qurulan qrup Almaniya xaricinə qaçanların yerini müəyyən etmək üzrə mütəxəssislərdən ibarətdir.

Hazırda Almaniya polisi yoxa çıxan Gündoğanın xaricə getdiyi versiyasının üzərində dayanır. Hətta onun Türkiyədə olması ehtimal olunur.

Alman mediasına görə, bu oğurluq olduqca profesional şəkildə həyata keçirilib. Hətta bu əməliyyatın bir nəfər tərəfindən təşkil edilməsinə şübhə ilə yanaşılır.

Qeyd edək ki, Yasəmən Gündoğan mayın 21-də 8 milyon avro ilə birlikdə yoxa çıxıb.


Müəllif: Cavad

Oxşar xəbərlər