Elm adamları 31 000 ildən çox yaşı olan uşaqların süd dişlərini analiz etdikdən sonra soyuqdəymənin əsas səbəbkarı olan adenovirus C də daxil olmaqla bir neçə virusdan DNT izlərini tapıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə “New Scientist”də yayımlanan bir məqalədə bildirilib.
Alimlər tərəfindən tapılan adenovirus C-nin DNT-si soyuqdəymənin 700 min il əvvəl Yer üzündə meydana gəldiyini və neandertalların bundan asqırdıqlarını göstərir.
2019-cu ildə Sibirdə kəşf olunan dişlər Kopenhagen Universitetində adenovirus C və insan herpesləri də daxil olmaqla, bir neçə məşhur infeksiyasının mikroskopik ştammları bir mikrobioloq qrupu tərəfindən araşdırılıb.
Bu, insanlardakı viral infeksiyalara dair məlum olan ən qədim dəlildir. Əvvəllər virusun yalnız 7000 il əvvəl yarandığı düşünülürdü.