Haiti hüquq-mühafizə orqanları ölkə prezidenti Jovenel Moizaya qarşı sui-qəsd əməliyyatı koordinatoru olduğu ehtimal edilən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı Haiti Milli Polisinin rəhbəri Leon Şarl deyib.
Polis rəisi qeyd edib ki, saxlanılan şəxs Haiti vətəndaşıdır və onu "qətl planı hazırlayanlar"dan biri adlandırıb.
Qeyd edək ki, Haiti prezidenti iyulun 7-də naməlum şəxslərin iqamətgahına hücumu nəticəsində ölümcül yaralanıb. Hücum zamanı ölkənin birinci xanımı Martin Moiz da yaralanıb və xəstəxanaya yerləşdirilib.