Tarixdə ilk dəfə bir qadın ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarına qəbul edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Xüsusi Dəniz Qüvvələrinin proqramını bitirən ilk qadın olmaq müstəsna nailiyyətdir və yeni komanda üzvümüzlə fəxr edirik. O, digər həmkarları kimi xüsusi təyinatlı bir hərbçi üçün lazım olan xarakterin gücünü, zehni qabiliyyətini və liderlik keyfiyyətlərini nümayiş etdirdi”, - xüsusi təyinatlı qüvvələrin admiralı Hyu Uayman Hovard deyib.
Yeni xüsusi təyinatlının adı açıqlanmayıb. Yalnız 18 qadının dəniz xüsusi təyinatlıları sıralarına girməyə çalışdığı qeyd olunub. Onlardan 14-ü sınaqların öhdəsindən gələ bilməyib, üçü isə növbələrini gözləyir və potensial olaraq xüsusi təyinatlı qüvvələrə cəlb oluna bilərlər.
2015-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin qadınları öz sıralarına cəlb etməyə başlaya biləcəyi bildirilib.