16 İyul 2021 23:26
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Hessen əyalətinin Deputatlar Şurası Üçüncü Reyxin diktatoru Adolf Hitlerin “Babenhauzen şəhərinin fəxri vətəndaşı” titulundan məhrum edilməsi barədə yekdil qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Qərar nasist liderinin ölümündən 76 il sonra verilib.

“Bild” bu addımın şəhərin totalitar keçmişi ilə apardığı mübarizənin bir hissəsi olduğunu yazıb. Hitler 1933-cü ilin aprelində Babenhauzenin “Fəxri vətəndaş”ı olub, həmin ilin yanvarında Almaniyanın kansleri seçilib. 1934-cü ildə Hitler özünü “Üçüncü Reyxin führeri” elan edib.

1939-cu ildə Hitler qoşunları İkinci Dünya Müharibəsini başladaraq Polşaya hücuma keçib. Adolf Hitler 1945-ci il aprelin 30-da, müharibənin sonunda müttəfiqlər Berlinə hücum edərkən intihar edərək həyatına son qoyub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər