İsrail əsgərlərinin Məscidül-Əqsanı döyüş meydanına çevirdiyi anın görüntüləri yayılıb.
Axar.az xəbər verir ki, İsrail təhlükəsizlik qüvvələrinin 100-ə yaxın hərbçisi məscidə hücum edib.
İsrail əsgərlərinin fələstinlilərə qarşı plastik güllələrdən, səs və qaz bombalarından istifadə etdiyi bildirilir.
Qarşıdurma nəticəsində 27 fələstinli ağır yaralanıb.
Xatırladaq ki, analoji hadisə ilk deyil. Oktyabrın 20-də təxminən 40 nəfərdən ibarət bir qrup yəhudi İsrail polisinin nəzarəti altında Məscidül-Əqsanın həyətinə daxil olmuşdu.
Məlumat üçün bildirək ki, Məscidül-Əqsa müsəlmanlar üçün müqəddəs yerlərdən biridir. Qüds şəhərində yerləşən məscid Azərbaycanca "Ən uzaqdakı məscid" mənasını verir.
II xəlifə Ömərin dövründə kiçik bir məscid kimi olmasına baxmayaraq, Əməvilər sülaləsinin hakimiyyətdə olduğu dövrdə böyüdülərək 705-ci ildə inşası tamamlanıb. Məscidin Davud peyğəmbər tərəfindən tikildiyi və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur. Məscidül-Həramdan sonra tikilən ikinci ən qədim məscid hesab olunur.