23 Avqust 2021 23:44
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları hər gün Əfqanıstandakı “Taliban” hərəkatı ilə hərbi və siyasi kanallar vasitəsilə danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Hər gün siyasi kanallar və təhlükəsizlik qüvvələri vasitəsi ilə “Taliban”la danışıqlar aparırıq. Geniş mövzuları əhatə edən bu müzakirələri müdafiə etmək üçün təfərrüatlara getmək istəməzdim”, - o deyib.

O, Birləşmiş Ştatların amerikalıların, yerli sakinlər arasında olan müttəfiqlərini və üçüncü ölkə vətəndaşlarını 31 avqusta qədər təxliyəsini başa çatdıra biləcəyinə əminliyini ifadə edib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər