ABŞ-dan sonra dünyada COVID-19 pandemiyasından ən çox insan ölümünün müşahidə olunduğu Braziliyada həyatını itirənlərin sayı 575 min nəfəri keçib.
Teleqraf.com xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyi son 24 saatda ölkədə 894 nəfərin həyatını itirdiyini, beləliklə ölənlərin ümumi sayının 575 min 742 nəfərə çatdığını açıqlayıb.
Əhalisi 210 milyonu aşan Braziliyada pandemiyanın bütün mərhələləri tüğyan edib.
Rusiyada pandemiyadan vəfat edənlərin sayı 165 mini, İranda isə 100 mini keçib.