Misirin müdafiə naziri Məhəmməd Zəki ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında hərbi əməkdaşlıq protokolu imzalandığı bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir ordusunun sözçüsü polkovnik Qərib Əbdülhafiz açıqlama verib.
Açıqlamada Zəkinin Birgə Hərbi Komissiyanın 7-ci toplantısına qatılmaq üçün getdiyi Moskvada Şoyqu ilə görüşdüyü deyilib.
Ümumi əhəmiyyət kəsb edən məsələlərin və iki ölkənin silahlı qüvvələri arasında təcrübə mübadiləsinin müzakirə edildiyi görüş zamanı hərbi əməkdaşlıq protokolu imzalanıb.
Qeyd edık ki, Rusiya bundan əvvəl Səudiyyə Ərəbistanı ilə də hərbi əməkdaşlığa dair müqavilə imzalayıb.