28 Avqust 2021 09:56
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin ABŞ-dakı səfirliyi COVID-19-un mənşəyi ilə bağlı Amerika kəşfiyyatının hesabatını tənqid edib.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomatik missiyanın saytında məlumat yerləşdirilib.

Sənəddə Çinin Pekinin araşdırmaya mane olduğu iddiaları ilə qəti şəkildə razılaşmadığı və beynəlxalq ictimaiyyətlə COVID-19 haqqında informasiyanı paylaşmaq istəmədiyi iddiası ciddi şəkildə qınanır. Diplomatlar qeyd ediblər ki, Çin onda olan məlumatları verib və ÜST ilə tamamilə açıq və şəffaf əməkdaşlıq edib.

“ABŞ kəşfiyyat qurumunun hesabatı göstərir ki, Vaşinqton yanlış siyasi manipulyasiya yolu ilə getməyə çalışır”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, ABŞ kəşfiyyatı cümə günü koronavirusun mənşəyi ilə əlaqədar açıq hesabat yayıb. Kəşfiyyatçılar pandemiyanın təbii bir prosesin nəticəsi və ya Çindəki laboratoriyadan sızma nəticəsində meydana gəldiyinə dair yekdil fikrə gələ bilməyiblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər