28 Avqust 2021 18:53
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya metal pullardan imtina etməlidir, çünki onların istehsalı nominaldan bahalıdır.

Teleqraf.com xəbər verir ki, Rusiya Dövlət Dumasının iqtisadi siyasət, sənaye, innovativ inkişaf və sahibkarlıq komitəsinin rəhbəri, iqtisad elmləri namizədi Sergey Jiqaryev belə bir çağırış edib.

Onun fikrincə, bu gün dövlətin metal pul hazırlaması israfçılıqdır.

Jiqaryev metal pulların kağız pullarla əvəz edilməsinin mümkünlüyünü bildirib: “Metal pullar yığışdırılmalıdır, eyni nominallı kağız pulları çap etmək daha yaxşıdır. Bu, daha ucuz və dövlət üçün daha məqsədəuyğun olacaq”.

Komitə sədri əlavə edib ki, sikkələrdən daha yaxşı göründüyü üçün daha kiçik nominallı kağız pulların istifadəsi yaşlı insanlar üçün də əlverişli olacaq.

Avqustun 15-də Rusiyada hər beşinci bankın regionları sikkələrlə təmin etməkdə çətinlik çəkdiyi məlum olub. Sikkə çatışmazlığı problemi sorğuda iştirak edən bankların 21,6%-i tərəfindən bəyan edilib.


Müəllif: Səxavət