Rusiya və İranın dəstəyi ilə Suriyada müxalif qüvvələrə qarşı hərbi əməliyyatları artıran Bəşər Əsəd beynəlxalq siyasətdə legitimlik qazanmaq üçün hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, Bəşər Əsəd bəzi ərəb ölkələrinin yardımı ilə blok olunan üzvlüyünü aktivləşdirmək üçün 22 ölkənin üzv olduğu Ərəb Birliyinin qapısını döyməyə başlayıb.
Misir, İordaniya və İraqla bir sıra istiqamətdə əməkdaşlığını genişləndirən Əsəd rejimi ərəb kartını aktiv şəkildə istifadə etməyə başlayıb.
Misir və İordaniyanın vasitəçiliyinə əsaslanaraq Ərəb ölkələri ilə yaxınlaşmağa çalışan Əsəd İraq hökuməti ilə də normallaşma addımlarnı sürətləndirib.
İraq Baş naziri Mustafa Kazimin Susiya rejimi ilə əməkdaşlıq yönündə mesajlarından sonra iki ölkə arasında əlaqələri gücləndirib.
İraq Prezidenti Bəhram Salihi Əsədlə əhəmiyyətli görüş keçirdiyini açıqlayıb.