Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Belarus Prezidenti Aleksandr Lukaşenkonu əsl cəsarətli vətənpərvər adlandırıb.
Teleqraf.com xəbər verir ki, R.Kadırov A.Lukaşenko haqda fikirlərini onun doğum günü münasibətilə dilə gətirib.
“Aleksandr Qriqoriyeviç, sözsüz ki, öz ölkəsinin ürəyi və ruhu ilə xalqına qayğı göstərən əsl vətənpərvəridir. Adı böyük hərflərlə yazılan insan və siyasətçi, möhkəm iş icraçısı... Aleksandr Qriqoryeviçin titanik işinin və müdrik siyasətinin nəticəsi göz qabağındadır”, - deyə Kadırov “Telegram-kanal”ında yazıb.
O, Çeçenistan və Belarusun bir sıra sahələrdə əməkdaşlıq etdiyini və zaman keçdikcə əlaqənin gücləndiyini və genişləndiyini qeyd edib.
“Biz hamımız, həmçinin, Aleksandr Qriqoryeviçi ziyarət etməyi səbirsizliklə gözləyirik və onu xüsusi səmimiyyətlə qarşılayacağıq. Bizim respublikamızda onu və güclü iradəli, cəsarətli və ləyaqətli insan kimi qiymətləndirirlər və hörmət edirlər”,-deyə Çeçenistan rəhbəri əlavə edib.
Kadırov Belarus dövlət başçısına cansağlığı, uğurlar və bütün respublika xalqına firavanlıq diləyib.