Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı vəzifəsinə ehtimal olunan namizəd general-mayor Mixail Kosobokovdur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Kosobokov bundan əvvəl 58-ci Rusiyanın Cənub Hərbi Dairəsinin 58-ci birləşmiş silahlı qüvvələrinin komandanının müavini vəzifəsində işləyib.
Kosobokov vaxtilə Abxaziyadakı rus hərbi bazasına komandanlıq edib.
Hələ may ayında sülhməramlıların hazırkı komandanı Rüstəm Muradovu Cənub Hərbi Dairəsinin komandir müavini Aleksey Avdeyev əvəz edəcəyi xəbəri yayılmışdı. Amma Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olduğu üçün Muradov postunda qalıb.