"Avropa Ukraynanın Rusiyaya olan qaz borcunu ödəməsi üçün 1,9 dollar yardım etməyə hazırdır". Teleqraf.com-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Naftoqaz Ukrayna”nın prezidenti Andrey Kobolev “Ukrainskaya pravda”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Avropanın rəhbər şəxsləri “qış qaz paketi” üzrə danışıqlarda Beynəlxalq Vayuta Fondu və bir sıra dünya bankları vasitəsilə bundan əvvəl verdikləri 3 milyard dollardan əlavə 1,9 milyar dollar da yardım etməyə söz veriblər.
Qeyd edək ki, Rusiya, Ukrayna və Avropa Komissiyası arasında bağlanmış protokola görə, Rusiya tərəfi 2015-ci ilin 31 mart tarixinə qədər Ukrayna və Avropaya qaz nəqlini mütəmadi həyata keçirməyi üzərinə götürüb. Həmçinin protokolda Ukraynanın Rusiyaya olan 3,1 milyard dollarlıq qaz borcunun ilin sonuna qədər bağlanması və əlavə 1,5 milyard dollar dəyərində 4 milyard kubmetr qazın alınması nəzərdə tutulub.
Lakin Ukraynanın energetika naziri Yuri Prodan bəyan edib ki, Ukraynanın hələlik Rusiya qazına ehtiyacı yoxdur və ancaq qışda müraciət etməsi gözlənilir.