16 Sentyabr 2021 21:58
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiya Prezidenti Maykl Higgins Böyük Britaniya Kraliçası II Elizabetin də qatılacağı Şimali İrlandiyanın 100-cü ildönümü münasibətilə keçiriləcək tədbirə qatılmaqdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İrlandiya dövlət televiziyası (RTE) məlumat yayıb.

Prezidentin sözçüsü də Higginsin oktyabrın sonunda keçiriləcək tədbirə qatılmaq fikrində olmadığı, bu barədə təşkilatçıların xəbərdar edildiyi bildirilib.

İngiltərə ilə birliyi dəstəkləyən Demokratik Birlik Partiyası və Şimali İrlandiya İttifaqı Partiyası Higgins'i qərarına yenidən baxmağa və tədbirə qatılmağa çağırıb.

1919-cu ildə ingilis imperiyasının ilk koloniyası olan İrlandiya adasında İngiltərənin hökmranlığına qarşı başlayan müstəqillik savaşı 1921-ci ildə başa çatıb. Barışıqdan sonra əldə edilən razılaşma ilə cənubda müstəqil İrlandiya dövləti qurulub, şimal bölgəsi isə “Şimali İrlandiya” adıyla İngiltərədən asılı qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu