20 Sentyabr 2021 10:19
2 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada COVID-19 virusuna qarşı üçüncü doza peyvəndin vurulması ilə bağlı qərar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, ölkədə COVID-19 üzrə Məsləhət Şurası 6 ay sonra virusa qarşı yaranan antikorların zəiflədiyini bildirib.

Buna görə də Yaponiyada yayılan Delta ştammı da olmaqla bütün mutasiyalara qarşı iki doza peyvəndin effektsiz olduğu açıqlanıb.

Məsləhət Şurası könüllü olaraq üçüncü doza peyvəndlərin vurulması çağırışını edib.

Qərara görə, iki doza Pfizer, Moderna və ya AstraZeneca peyvəndi olanlar müraciət etdikləri halda eyni adlı peyvəndi vurdurmalıdırlar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər