Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanın qurucularından Molla Nurəddin Turabi əl kəsmə cəzasının bərpa ediləcəyini söyləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, ABŞ-ın “Assoşieyted Press” agentliyinə müsahibəsində danışıb.
“Heç kim bizə qanunlarımızın necə olması göstərişi verə bilməz. İslamı izləyəcəyik, qanunlarımızı Qurana uyğun formalaşdıracağıq”, - Turabi qeyd edib.
O, əl kəsmə kimi bəzi cəzaların yenidən tətbiqini cəsarətli olmaları ilə əlaqələndirib: “Amma bu dəfə mühakimələr daha diqqətlə aparılacaq”.
Turabi Talibanın birinci hakimiyyət dövründən fərqli olaraq cəzanın stadionlarda həyata keçirilməyəcəyini vurğulayıb.
Molla Turabi televiziya və telefon kimi vasitələrdən istifadənin qadağan olunmayacağını, insanların musiqi dinləyə və video çəkə biləcəyini bildirib.